Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 30 aprel 2022 17:43 (UTC +04:00)

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Girdəni kəndində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən minik avtomobilləri bir-birinin üstünə çıxıb və birincinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR