Lənkəranda maşın elektrik dirəyinə çırpılıb, dirək aşıb - FOTO

Lənkəranda maşın elektrik dirəyinə çırpılıb, dirək aşıb - FOTO
# 27 yanvar 2023 17:28 (UTC +04:00)

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Lənkəran- Boradigah yolunun Şaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 012" markalı, 10-OV-946 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən yol kənarındakı beton elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb.

Qəza zamanı elektrik dirəyinin aşması nəticəsində rayonun 4000-ə yaxın sakini olan Separadi kəndinə elektrik enerjisinin verilişi dayanıb.

Faktla bağlı aşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR