Lənkəranda qanunsuz ov edən şəxslər tutulub - FOTO

Lənkəranda qanunsuz ov edən şəxslər tutulub - FOTO
# 12 yanvar 2023 19:40 (UTC +04:00)

Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları 63 ədəd çöl quşu aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR