Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb

Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb
# 29 mart 2023 11:45 (UTC +04:00)

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun dağlıq Siyov kəndində baş verib. 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan "UAZ" markalı maşının yük hissəsindən yerə düşüb. Xəsarət alan şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilsə də, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR