Masallıda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Masallıda iki avtomobil toqquşub, ölən və yaralananlar var
# 16 sentyabr 2019 13:00 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 15-də saat 17 radələrində Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini V.Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə V.Zeynalov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sahil Zeynalov orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR