Metronun "28 May" stansiyası yaxınlığında qadın naməlum şəxs tərəfindən döyülüb

Metronun "28 May" stansiyası yaxınlığında qadın naməlum şəxs tərəfindən döyülüb
# 18 sentyabr 2019 05:37 (UTC +04:00)

Bakının Nəsimi rayonunda qadın xuliqanlıq zəminində döyülüb.

APA xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında, Azadlıq prospektində qeydə alınıb.

Naməlum şəxs Bakı sakini, 1984-cü il təvəllüdlü Leyla İsmayılovanı döyərək hadisə yerindən qaçıb. Bundan sonra zərərçəkmiş polisə müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 22 Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR