Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edilib

Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edilib
# 19 iyul 2019 12:32 (UTC +04:00)

Mingəçevirdə saxlanılan avtoxuliqan bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu barədə APA-nın Mingəçevir bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, DYP şəhər bölməsi tərəfindən avtoxuliqanlıqlıqla məşğul olan sürücü saxlanılaraq barəsində inzibati hüquqi tədbir görülüb.

DYP şəhər bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov “VAZ 2107” markalı minik maşınının sürücüsünün vaxtaşırı şəhər yollarında avtoxuliqanlıq edərək nəqliyyatın və piyadaların hərəkətinə təhlükə yaratdığı bildirib: “Sürücü, 1995-ci ilə təvəllüdlü sürücü Murad Mustafa oğlu Babayevə dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Nəticəsində o, saxlanılıb və barəsində inzibati ölçü götürülüb. Murad Babayev 15 sutka müddətinə həbs olunmaqla yanaşı, bir il müddətinə sürücülük hüququndan məhrum edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR