Mingəçevirdə qonşusunu qətlə yetirən şəxsin istintaqı başa çatıb

Mingəçevirdə qonşusunu qətlə yetirən şəxsin istintaqı başa çatıb
# 29 iyun 2022 10:01 (UTC +04:00)

Mingəçevirdə qonşusunu qətlə yetirən şəxsin istintaqı başa çatıb.

Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, bu il martın 8-də Mingəçevir şəhər sakini Elnar Rəcəbova bıçaqla xəsarətlər yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla zərərçəkmişin qonşusu Şirxan Hacıələkbərovun heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Elnar Rəcəbova xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şirxan Hacıələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR