Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib - VİDEO - YENİLƏNİB

Müəllim və şagirdlər arasındakı insidentlə bağlı yayılan görüntüyə aydınlıq gətirilib - VİDEO  - YENİLƏNİB
# 21 yanvar 2023 21:30 (UTC +04:00)

19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb.

APA xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.

Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər.

***

Saat 21:04

Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə Bakıda yerləşən məktəblərin birində qeydə alınıb.

Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR