Nabranda polis əməkdaşı qəzada ölüb - VİDEO

Nabranda polis əməkdaşı qəzada ölüb - VİDEO
# 03 sentyabr 2022 11:52 (UTC +04:00)

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Qəza nəticədə Elvin Mürsəlzadə hadisə yerində ölüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR