Narkotik satışı ilə məşğul olan qardaşlar tutulub

Narkotik satışı ilə məşğul olan qardaşlar tutulub
# 26 noyabr 2022 12:53 (UTC +04:00)

Bakıda narkotik satışı ilə məşğul olan qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı Təbriz Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan artıq tiryək, 4 qramdan artıq heroin, qardaşı Pərvizdən isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR