Naxçıvan MTN-in sabiq rəhbəri cəzaçəkmə müəssisəsindən buraxılıb 

Naxçıvan MTN-in sabiq rəhbəri cəzaçəkmə müəssisəsindən buraxılıb 
# 28 sentyabr 2022 20:13 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub.

Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib.

Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR