Naxçıvanda qanunsuz qum daşınmasının qarşısı alınıb

Naxçıvanda qanunsuz qum daşınmasının qarşısı alınıb
# 30 mart 2023 18:47 (UTC +04:00)

Naxçıvanda qanunsuz qum daşınmasının qarşısı alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri görülür.

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə tədbir təşkil edilib.

Qanun pozuntusuna yol verən şəxslər və 5 ədəd qumla yüklənən maşın müəyyən olunub. Əməli törədən rayon sakinləri məsuliyyətə cəlb ediliblər.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR