Naxçıvanda TİR-la minik avtomobili toqquşub, Azərbaycan və İran vətəndaşları xəsarət alıb

Naxçıvanda TİR-la minik avtomobili toqquşub, Azərbaycan və İran vətəndaşları xəsarət alıb
# 28 may 2023 15:19 (UTC +04:00)

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini Əli Armankia və 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini İsmayıl Mustafazadənin idarə etdikləri TIR-la minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda TIR-da olan İran vətəndaşları xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR