Oğuzda avtomobil ağaca çırpılıb, üç nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Oğuzda avtomobil ağaca çırpılıb, üç nəfər xəsarət alıb - FOTO   - YENİLƏNİB
# 13 iyul 2022 20:27 (UTC +04:00)

Oğuz rayonunda baş verən yol qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı "Lada-Priora" markalı avtomobil sürücüsü, rayonun Sincan kənd sakini, 1995-ci il təvəllüdlü Sahil Hafiz oğlu Əzimli, sərnişinlər – rayonun Sincan kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Bəyaz oğlu Əzimov, Bayan kənd sakinləri - 1990-cı il təvəllüdlü Oruc Rəhman oğlu Bayramov və 1991-ci il təvəllüdlü Nurlan Nazim oğlu İsmayılov xəsarət alıblar.

Yaralılardan Nazim İsmayılovun xəsarəti yüngül olduğundan ona lazimi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Digər yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

***

17.22

Oğuzda minik avtomobili ağaca çırpılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayonunun Bayan kəndi ərazisində baş verib. Hadisə zamanı avtomobildə olan üç nəfər xəsarət alıb. Xəsarət alanlar əraziyə çağırılmış təcili tibbi yardım maşını ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR