Oğuzda yük avtomobili velosipedçini vurub - YENİLƏNİB

Oğuzda yük avtomobili velosipedçini vurub  - YENİLƏNİB
# 10 sentyabr 2022 22:47 (UTC +04:00)

Oğuzda yük maşının vurduğu velosipedçinin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi, Oğuz rayonu Yenikənd kənd sakini 2005-ci il təvəllüdlü Rövşən Rəşad oğlu Tağızadədir. Onun müalicəsi xəstəxananın reanimasıya şöbəsində aparılır.

***

20.56

Oğuzda velosipedçini yük avtomobili vurub, vəziyyəti ağırdır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axaşm saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili velosipedçini vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, qəza zamanı ağır xəsarət alan velosipedçi komatoz vəziyyətdə Şəki RMX-a daxil olub. Hazırda onun müayinəsi aparılır və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR