Polis Biləcəridə heyvana şiddət göstərilməsi ilə bağlı görüntüləri araşdırır - VİDEO

Polis Biləcəridə heyvana şiddət göstərilməsi ilə bağlı görüntüləri araşdırır - VİDEO
# 31 yanvar 2023 15:15 (UTC +04:00)

Sosial şəbəkələrdə Bakıda heyvana qarşı şiddət göstərilməsi barədə görüntülər yayılıb.

APA xəbər verir ki, hadisənin Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verdiyi bildirilir. Kimliyi məlum olmayan şəxsin əlindəki alətlə itə ağır zərbələr vurduğu görünür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin video ilə bağlı araşdırma aparılır:

"Hazırda həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması işləri aparılır".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR