2020-ci illə müqayisədə 2021-ci ildə yol nəqliyyat hadisələrinin sayı çoxluq təşkil edib.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
Natiq Abdullayev bildirib ki, ötən il respublika yollarında 1649 yol qəzası qeydə alınıb.