Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb
# 15 iyul 2022 08:43 (UTC +04:00)

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Kənan Salamov, Yevlax rayon sakinləri Elyar Musayev, Nəriman Ələkbərov və Arzu Aslanov olduğu müəyyən edilib.

“Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”,- deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR