Bakının Qaradağ rayonunda baş vermiş yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB

Bakının Qaradağ rayonunda baş vermiş yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB
# 08 noyabr 2019 20:30 (UTC +04:00)

Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

APA-nın məlumatına görə, yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə isə Səngəçal terminalının qarşısında qeydə alınıb.

Avtoqəzanın səbəblərinə gəlincə, məlum olub ki, "KamAZ" markalı yük maşınının sürücüsü geriyə doğru manevr etmək istəyib. Bu vaxt Bakıdan Salyan istiqamətində hərəkətdə olan mikroavtobus ona çırpılıb.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.

***

Saat 19:50

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Bakının Qaradağ rayonu ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR