Qaxda yol qəzası olub, xəsarət alan var

Qaxda yol qəzası olub, xəsarət alan var
# 29 mart 2023 13:16 (UTC +04:00)

Qaxda yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib. "Nissan" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099" markalı avtomobilin sərnişini, Qax rayonu Qıpçaq kənd sakini 1979-cu il təvəllüdlü Azər Cavanşir oğlu Davudov xəsarət alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR