Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB

Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO  - YENİLƏNİB
# 03 dekabr 2022 16:28 (UTC +04:00)

Qəbələdə 4 gün öncə itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edir. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağ ətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.

İtkinin qardaşı Mehdi Həmidov APA-ya açıqlamasında o, gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: “Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər gözləyirik. Ümid edirik ki, tez zamanda qardaşım tapılacaq”.

İlham Əhmədov
***

11:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR