Qəbələdə çöl donuzu ovlayan şəxs saxlanıb

Qəbələdə çöl donuzu ovlayan şəxs saxlanıb
# 07 fevral 2023 11:22 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu aşkar edilib. V.Qurbanovdan müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR