Qobustanda yol qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB-1

Qobustanda yol qəzası nəticəsində 2 nəfər ölüb  - YENİLƏNİB-1
# 30 sentyabr 2022 20:58 (UTC +04:00)

Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

20.56

Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (biri kişi, üçü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

**

20.51

Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Yetər Kərimli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR