Quba və Sabirabadda 533 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Quba və Sabirabadda 533 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb
# 23 may 2023 16:03 (UTC +04:00)

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Quba və Sabirabad rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan rayonların ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 533 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR