Qubada evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Qubada evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
# 06 mart 2023 13:21 (UTC +04:00)

Qubada yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, Quba şəhərində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m² sahədə qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR