Qubada karantin qaydalarını pozan 5 restoranla bağlı tədbir görülüb

Qubada karantin qaydalarını pozan 5 restoranla bağlı tədbir görülüb
# 13 yanvar 2022 11:48 (UTC +04:00)

Qubada xüsusi karantin rejim qaydalarına əməl etməyən obyektlər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoranlar aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Nasidə Şahnamazova, Arif Babayev, Fərid Əhmədov, Ülvi Osmanlı və Şahin Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR