Qusarda maşın ağaca çırpılıb, sürücü ölüb

Qusarda maşın ağaca çırpılıb, sürücü ölüb
# 01 sentyabr 2022 23:14 (UTC +04:00)

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində Quba rayon sakini Qədirov Baxodir Mamat oğlu ağaca çırpılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR