Sabirabadda qonşusuna antibiotik vurub, ölümünə səbəb olan qadının məhkəməsi başlayır

Sabirabadda qonşusuna antibiotik vurub, ölümünə səbəb olan qadının məhkəməsi başlayır
# 16 noyabr 2022 11:05 (UTC +04:00)

Cari ilin iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Məcidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Sabirabad rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Məcidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR