Şabranda ov edənlər saxlanılıb - FOTO

Şabranda ov edənlər saxlanılıb - FOTO
# 17 noyabr 2022 16:01 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə,rayon polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayev saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR