Bank Of Baku

Şamaxıda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Şamaxıda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO
# 02 may 2023 11:45 (UTC +04:00)

Şamaxıda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “Mercedes” və “VAZ 2107” markalı avtomobillər toqquşaraq yol kənarına aşıb. Qəza nəticəsində hər iki maşında olan sərnişinlər ağır bədən xəsarətləri alıb.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq Şamaxı Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Qəzada xəsarət alanlardan 4 nəfərin - Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlunun və 1999-cu il təvəllüdlü Baxışov Salam Cahangir oğlunun vəziyyəti orta ağır, digər bir nəfərin vəziyyəti isə daha ağır qiymətləndirilir.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR