Şəmkir sakini bıçaqlanıb - YENİLƏNİB

Şəmkir sakini bıçaqlanıb  - YENİLƏNİB
# 22 noyabr 2022 08:51 (UTC +04:00)

Şəmkir sakinini bıçaqlayan şəxs məlum olub

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayonun könüllü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz İsayevin bir neçə bıçaq zərbəsi alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları təxrə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurmuş, P. İsayev isə A. Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Hazırda araşdırmalar davam etdirilir.

***

07.49

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

1989-cü il təvəllüdlü Pərviz İsayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 33 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR