Şəmkirdə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Şəmkirdə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib
# 28 aprel 2022 20:04 (UTC +04:00)

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində baş verib.

1999-cu il təvəllüdlü A.Rüstəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sirkə turşusu içdiyi müəyyən edilib. Xəstəyə lazimi tibbi yardım göstərilib. 23 yaşlı oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Gənc oğlanın hansı səbəbdən sirkə türşusu içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR