Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 08 yanvar 2022 09:08 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR