Şəmkirdə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Məleykə Rüstəmovanı vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.