Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var - FOTO - YENİLƏNİB

Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var - FOTO - YENİLƏNİB
# 17 oktyabr 2019 16:16 (UTC +04:00)

Şirvanda baş verən yol qəzasında ölən və yaralanan şəxsin adı məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan sakini, 1976-cı il təvəllüdlü Babayev Teymur Hüseynağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı 10 saylı marşrut üzrə işləyən mikroavtobus, Şirvan sakini, 1992-ci il təvəllüdlü Cavadov Muradəli Elçin oğlunun idarə etdiyi “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-21014” markalı avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

***

Saat 15:32

Şirvanda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR