Sosial müavinətlərlə bağlı dələduzluq edən şəxslərin məhkəməsi başlayır

Sosial müavinətlərlə bağlı dələduzluq edən şəxslərin məhkəməsi başlayır
# 12 may 2022 15:10 (UTC +04:00)

Bakı şəhər sakini Sədaqət Əzizovanın qabaqcadan əlbir olduğuğu şəxslərlə birlikdə bir neçə Cəbrayıl rayon sakininə qarşı dələduzluq etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Cəbrayıl rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış istintaqla Sədaqət Əzizovanın özbaşına özünü Səhiyyə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək qabaqcadan əlbir olduğuğu Aybəniz İbişova, Elçin Abışov və Vasif Abışov ilə birlikdə bir neçə Cəbrayıl rayon sakininin hazırda dayandırılmış sosial müavinətlərinin yenidən bərpa etdirəcəyinə dair yalan vəd verərək aldatma yolu ilə onların 2021-ci ilin müxtəlif vaxtlarında ümumilikdə 5851 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Sədaqət Əzizova, Elçin Abışov və Aybəniz İbişovaya Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), Vasif Abışova isə həmin məcəllənin 178.2.1, 310 və 32.4,312.2-ci maddələri ilə yekun ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR