Sumqayıtda baş verən partlayışla əlaqədar təhqiqat başlayıb - YENİLƏNİB-1

Sumqayıtda baş verən partlayışla əlaqədar təhqiqat başlayıb  - YENİLƏNİB-1
# 30 avqust 2022 20:40 (UTC +04:00)

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

Hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***

20.14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

20.08

Sumqayıtda istirahət mərkəzində partlayış olub, yaralananlar var

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində Corat-Novxanı yolunda qeydaə alınıb.

Orada fəaliyyət götərən “Sinset” istirahət mərkəzinin qazanxanasında partlayış baş verib. Hadisə nəticəsində 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR