Sumqayıtda iki avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Sumqayıtda iki avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 22 noyabr 2019 10:21 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirzəyevadır.

Yaralılar isə 1971-ci il təvəllüdlü Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 1974-cü il Əmirov Məhəmməd Seyid oğlu və 1961-ci il təvəllüdlü Şaban Abramovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR