Sumqayıtda “Mercedes”lə “Mitsubishi” toqquşub - FOTO

Sumqayıtda “Mercedes”lə “Mitsubishi” toqquşub - FOTO
# 22 oktyabr 2019 23:10 (UTC +04:00)

Sumqayıtda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil qarşıda hərəkət edən “Mitsubishi” markalı avtomobilə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR