Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib
# 16 noyabr 2019 16:07 (UTC +04:00)

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Belə ki, binaların birinin qarşısında olan yarımstansiyada təxminən 35-40 yaşlarında kişi meyiti aşkarlanıb. İlkin ehtimala görə, mərhumu elektrik cərəyanı vurub. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR