Tovuzda avtomobil sexi yanıb

Tovuzda avtomobil sexi yanıb
# 07 iyun 2022 17:40 (UTC +04:00)

Tovuzda avtomobil sexində yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 240 m² olan yeddi boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə və içərisində təmirə dayanan iki ədəd "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 420 m² olan digər avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü əriyib.

Sexlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR