Üç nəfər Bakı sakinini döyərək pulunu alıb

Üç nəfər Bakı sakinini döyərək pulunu alıb
# 27 may 2022 10:36 (UTC +04:00)

Bakı sakini döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR