Ucarda minik və yük maşınları toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Ucarda minik və yük maşınları toqquşub, 5 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 31 yanvar 2023 16:46 (UTC +04:00)

Ucarda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Elnur Hacıyev küçəsində Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Musa Elxan oğlu Seyidovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını ilə, 1983-cü il təvəllüdlü Asif İbrahimxəlil oğlu Kərimovun idarə etdiyi "QAZ-53" markalı yük maşını toqquşub. Nəticədə "VAZ"ın sürücüsü M. Seyidov, sərnişinləri - 2001-ci il təvəllüdlü Xədicə Elşad qızı Seyidova, 2020-ci il təvəllüdlü Gülay Vahid qızı Seyidzadə, 2004-cü il təvəllüdlü Mədinə Rafiq qızı Seyidova və 1973-cü il təvəllüdlü Nərgiz Mustafa qızı Sadıqova müxtəlif xəsarətlər alıblar.

Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

***

16.14

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Elnur Hacıyev küçəsində qeydə alınıb. Hadisə zamanı “VAZ 21012” markalı minik maşını ilə “QAZ 53” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR