Üçtərəfli bəyanatdan sonra minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Üçtərəfli bəyanatdan sonra minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb
# 06 oktyabr 2022 11:39 (UTC +04:00)

10 noyabr 2020-ci il – 04 oktyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı 549 239 577 kv.m (54 924 ha) təhlükəli ərazi təmizlənib, - 25 781 piyada əleyhinə mina (PƏ), - 12 561 tank əleyhinə mina (TƏ), - 33 736 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

APA xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, artilleriya atəşinə məruz qalmış iri şəhərlərdə və digər yaşayış məntəqələrində (12 500 ha ərazidə) beynəlxalq hüquq normaları ilə qadağan edilmiş 722 ədəd kasetli və 67 ədəd müxtəlif təyinatlı ağ fosforlu sursat aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR