Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub

Saxlanılan şəxslər

© APA | Saxlanılan şəxslər

# 26 yanvar 2022 12:08 (UTC +04:00)

Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, bir nəfər Xaçmaz rayon sakini Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək iki nəfər üzdən tanıdığı şəxslərin onun işlədiyi fermaya gələrək onu döydüklərini, ona qarşı qeyri-etik hərəkətlər edərək şəxsiyyətini alçaltdıqlarını və həmin şəxslər tərəfindən ona qarşı soyğunçuluq edilməsi barədə məlumat verib.

Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fuad Fərzəliyev və Şabran rayon sakini Ramil Qurbanov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində zərərçəkmişə qarşı hədə-qorxu gələrək 1 ədəd matorlu mişar, 60 manat pul və bir baş ördək aldıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR