Xaçmazda fərdi yaşayış evində yanğın olub

Xaçmazda fərdi yaşayış evində yanğın olub
# 12 sentyabr 2019 08:23 (UTC +04:00)

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Hacıəlibəy kəndində baş verib.

Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR