Yanacaqdoldurma məntəqəsinə saxta 100 manat verən sürücü tutulub

Yanacaqdoldurma məntəqəsinə saxta 100 manat verən sürücü tutulub
# 17 yanvar 2022 11:59 (UTC +04:00)

Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR