Yetkinlik yaşına çatmamış qızı cinayətə cəlb edən şəxsin məhkəməsi başlayır

Yetkinlik yaşına çatmamış qızı cinayətə cəlb edən şəxsin məhkəməsi başlayır
# 17 iyul 2019 18:05 (UTC +04:00)

Yetkinlik yaşına çatmayan qızı cinayətkar fəaliyyətə cəlb etməkdə təqsirləndirilən Nurani Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abbas Rzayevin icraatına verilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən Zeynəb (ad şərtidir) tanınıb. Nurani Məmmədova Cinayət Məcəlləsinin 170.1-ci (yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR