Yevlax-Şəki yolunda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb - FOTO

Yevlax-Şəki yolunda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb - FOTO
# 23 oktyabr 2019 21:10 (UTC +04:00)

Yevlax-Şəki yolunda yol qəzəsı baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Çayqaraqoyunlu yolu istiqamətində qeydə alınıb.

Belə ki, kiçiktutumlu "Ford" markalı yük maşını "VAZ 2107" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Şəki rayon sakini Hacıyev Fədat Taleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkim briqadası tərəfindən ona yerində tibbi yardım göstərilib. Yaralı şəkər xəstəsi olduğu üçün öz istəyi ilə Şəkiyə geri göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR